Ermənistan Müdafiə Nazirliyi: “II Qarabağ müharibəsində Rusiya Ermənistana kömək etməyəcək”

"Dağlıq Qarabağ münaqişəsi ətrafında ikinci hərbi əməliyyatlar başlayacağı təqdirdə Rusiya və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Ermənistana kömək etməyəcək" - Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Artsrun Ovenesiyan yerli mətbuata açıqlamasında belə deyib. Ovenesiyan qeyd edib ki, Rusiyanın Gümrü bazası komandanının bəyanatı heç bir həqiqəti əks etdirmir. MN rəsmisi bildirib ki, Ermənistanın 2010-cu ildə Rusiya ilə imzaladığı hərbi müqavilənin şərtlərində Dağlıq Qarabağda müharibənin başlanması əsnasında rus qoşunlarının erməni silahlı qüvvələrinə kömək edəcəyi barədə şərt yoxdur: "Müqaviləyə əsasən KTMT və Rusiya yalnız müharibəyə üçüncü dövlətin müdaxiləsi zamanı Ermənistana kömək edə bilər". ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00