Aureliya Qriqoriu: “Bundan sonra da bütün beynəlxalq konfranslarda Azərbaycanın haqlı mövqeyi dünya ictimaiyyətinə çatdırılacaq”

Azərbaycanda səfərdə olan moldovalı ombudsman Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının mərkəzi qərargahında və Qarabağ Araşdırmalar Mərkəzində olub. İcmadan "OLAYLAR"-a daxil olan məlumata görə, görüşdə çıxış edən Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının rəhbəri  Bayram Səfərov deyib ki, BMT Təhlükəsizlik Şurasının və digər beynəlxalq təşkilatların qətnamələrinə baxmayaraq, Ermənistan hələ də Azərbaycan ərazilərini işğal altında saxlayır:  "Xocalı soyqırımı ilə bağlı bəzi dövlətlər və beynəlxalq təşkilatlar iyirmi bir il ərzində susmuş, ikili mövqe nümayiş etdirsə də, moldovalı ombudsman İrəvanda rəsmi tribunadan tarixi həqiqətləri söyləməkdən çəkinməmişdir. Xanım Aureliya Qriqoriu təcavüzkar ölkədə Azərbaycanın haqlı mövqeyini səsləndirməklə bir daha Ermənistanın işğalçı olmasını dünyaya sübut etmişdir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin daim diqqətdə saxlanılacağını deyən xanım A.Qriqoriu vurğulayıb ki, bundan sonra da bütün beynəlxalq konfranslarda Azərbaycanın haqlı mövqeyi dünya ictimaiyyətinə çatdırılacaq.Tədbirdə erməni terrorundan söhbət açan film nümayiş olunub. Görüşdə moldovalı ombudsman Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması tərəfindən fəxri diplomla təltif edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00