Niderlandda Bayraq Günü qeyd edilib
6 Noyabr 2013 13:35 SiyasətNiderland Krallığında fəaliyyət göstərən "Odlar Yurdu" Cəmiyyətinin təşkilatçılığı ilə Rotterdam şəhərində yerləşən "Bakı" restoranında "9 noyabr- Azərbaycan Respublikasının Dövlət Bayrağı günü" münasibətilə tədbir keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsindən "OLAYLAR"-a daxil olan məlumata görə, tədbirdə Azərbaycan Respublikasının Niderland Krallığındakı Səfirliyinin nümayəndələri, "Ana Vətən" Niderland Azərbaycanlı Qadınlar Birliyi və Niderland Azərbaycan-Türk Kültür dərnəyinin üzvləri, "Medikal Park"-ın həkimləri, Hollandiya, Belçika və Almaniyada yaşayan soydaşlarımızla yanaşı, hollandiyalılar da iştirak edib. "Odlar Yurdu" Cəmiyyətinin rəhbəri Firəngiz Bağırova tədbir iştirakçılarını salamlayaraq Dövlət Bayrağının yaranma və təşəkkül tarixi barədə qonaqlara ətraflı məlumat verib. Çıxışlardan sonra tədbir konsert proqramı ilə davam edib. OLAYLAR