Paşinyan: “Azərbaycanla uzunmüddətli sülh üçün çalışırıq”- ÖZƏL

Ermənistan Azərbaycanla uzunmüddətli sülhün bərqərar olunmasına çalışır və bu prosesdə xalqın dəstəyinə ümid edir. Olaylar.az xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanda keçirilən mətbuat konfransında bildirib.
"Azərbaycan və Ermənistan arasında müharibə yox, sülh olacaq. Biz bu məsələnin uzunmüddətli həllinə çalışırıq və bu istiqamətdə işi davam etdirməliyik. Əminəm ki, Ermənistan xalqı bu məsələdə bizə dəstək olacaq", - deyə Paşinyan vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31