ABŞ sülh müqaviləsinin bağlanmasında maraqlıdır - ÖZƏL
11:54 Siyasət"ABŞ- Azərbaycan əlaqələrində yeni dinamika müşahidə olunur. Rəsmi Bakı ABŞ-la siyasi əlaqələrini ümumi Cənubi Qafqaz kontekstdə qurur. ABŞ-ın regiona gəlməsi Rusiyanın region ölkələrinə təsirini zəiflədir". Olaylar xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib:" Təbii ki, ABŞ regionda Türkiyə ilə birgə kordinasiyalı siyasətini davam etdirir. Azərbaycan bu kontekstdən proseslərə yanaşır.
ABŞ Azərbaycanla Ermənistan arasında sülhün qısa bir müddətdə bağlanmasında maraqlıdır. D.Tramp Ağ Ev də NATO baş katibi ilə mətbuata açıqlamasında Azərbaycan və Ermənistan arasında tezliklə sülh müqaviləsinin bağlanmasına çağırdı. Həmçinin bundan əvvəl dövlət katibi M. Rubio eyni mövqedən çıxış etmişdi. Ötən gün ABŞ-ın BMT-dəki daimi nümayəndəsi vəzifəsinə namizəd Mayk Uolts Senatın Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələrdə Azərbaycan və Ermənistanın "İbrahim sazişinə" qoşulmasını vurğulayıb. Həmçinin Vaşinqtonun "Zəngəzur" dəhlizinə nəzarət etmək planını proseslərin kuliminasiya nöqtəsidir.
ABŞ-ın Cənubi Qafqaz regionuna diqqətin artması əsasən, Azərbaycanın siyasi səylərinin fəaliyyətidir. Bir neçə ay bundan əvvəl, prezidentin köməkçisi H. Hacıyevin İsrailə səfəri və bu prosesdə İsrailin Azərbaycana bu müstəvidə dəstəyi istisna deyil. D.Tramp administrasiyasının Cənubi Qafqaz və Azərbaycan siyasətinin formalaşdırılmasında İsrailin dəstəyi istisna deyil. Təbii ki, D.Tramp və komandasının regiona diqqəti və Azərbaycana marağı təsadüfi deyil.
Qeyd edim ki, ABŞ prezidenti daha çox Rusiya -Ukrayna müharibəsinə və İsrail-İran məsələlərinə kilidlənmişdi. Prezident İlham Əliyev geosiyasi prosesləri düzgün qiymətləndirərək, ABŞ -ın regiona diqqətini artırmaqla Rusiya və İranı neytrallaşdırır.
ABŞ- Azərbaycan əlaqələrinin inkişafı regionda sülhün təmin edilməsində mühüm töhfələr verəcək".