Rusiyadan ABŞ-ın Zəngəzur dəhlizi təklifinə REAKSİYA

"ABŞ-ın Türkiyədəki səfiri Tom Barakın Zəngəzur dəhlizi ilə bağlı sözləri blef yox, real plan ola bilər".

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulin deyib.

"Hesab edirəm ki, bu, tamamilə real perspektivdir. Hətta Rusiya-Ermənistan və Rusiya-Azərbaycan münasibətlərində son vaxtlar bütün kəskinləşmələr məhz bununla bağlıdır. Yəni Moskvaya Zəngəzur dəhlizi ilə bağlı sual verilməməsi üçün  Azərbaycan və Ermənistan gərginliyi  süni şəkildə artırılıb", - deputat bildirib.

Zatulin xatırladıb ki, əvvəllər belə dəhlizə Rusiya nümayəndələrinin nəzarət edəcəyi barədə danışılırdı:

"İrəvan və Bakı inanır ki, regionun yeni sahiblərinin gəlib dəhlizə nəzarəti həyata keçirməsi vacibdir. Münasibətlər dondurulduğuna görə bu barədə Rusiya ilə müzakirələrin yox, amerikalılarla razılaşmağın sərfəli olduğu mənzərəsi yaradılır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31