Zəngəzurda üçüncü dövlətin olması Azərbaycanın marağında deyil- ÖZƏL
14 İyul 20:52 Siyasət"Ermənistan Zəngəzur dəhlizinə nəzarəti ABŞ şirkətinin nəzarətinə verməkdə maraqlıdır". "Olaylar" xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazad ə deyib:"Zəngəzurda üçüncü ölkənin olması Azərbaycanın maraqlarına uyğun deyil. Azərbaycan və Ermənistan ikitərəfli şəkildə Zəngəzur dəhlizində təhlükəsizliyi təmin edə biləcək siyasi iradəyə malikdir.
Amma, ilk aylar neytral bir ölkədən-İsveçrənin təhlükəsizlik şirkəti bunu edə bilər. ABŞ beynəlxalq nəqliyyat yollarına nəzarət etməyə çalışır. Bir tərəfdən də Rusiya Zəngəzur dəhlizi istiqamətində İranla sərhəddə təhlükəsizliyi təmin etmək üçün hərbçilərini göndərə bilər.
Məhz ABŞ Azərbaycan və Ermənistanla sülh müqaviləsinin bağlanmasında ona görə tez bir zamanda maraqlıdır ki, Zəngəzur dəhlizinə nəzarət etsin. Zəngəzur dəhlizi Ermənistanın ərazisidir. Rusiya Ermənistan hakimiyyətinə ciddi təzyiqlər edə bilər. Rusiya Ermənistandakı 102-ci bazasına hərbçilər gətirir. Zəngəzur dəhlizinə nəzarət etmək uğrunda geosiyasi rəqabət başlayır.
Azərbaycan və Ermənistan Zəngəzur dəhlizini ikitərəfli şəkildə üçüncü ölkə olmadan aça bilər".