Ermənistanla Azərbaycan arasında aparılan danışıqlar uğurlu nəticəyə yaxındır - Tramp

Azərbaycan və Ermənistan arasında danışıqlar uğurla yekunlaşmağa yaxındır.

Olaylar xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Ağ Evdə NATO-nun baş katibi Mark Rutte ilə görüşündə deyib.

"Ermənistan və Azərbaycan... Deyəsən, hər şey sona çatır - uğurlu nəticəyə çatmaq üzrədir", - o bildirib.

Qeyd edək ki, Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen Avropa Şurası prezidenti Antoniu Koşta ilə birgə Ermənistan baş naziri Nikol Paşinyanla Brüsseldə keçirdiyi üçtərəfli görüşdə deyib ki, Avropa İttifaqı Azərbaycanla Ermənistan arasında ən tez zamanda sülh müqaviləsinin bağlanacağına ümid edir.

"Azərbaycanda sülh müqaviləsinin layihəsi on illiklərlə sürən düşmənliyə son qoyacaq həlledici bir andır və mən onun ən tez bir zamanda imzalanacağına ümid bəsləyirəm", - deyə fon der Lyayen bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31