Əbu-Dabi danışıqlarının bəzi detalları açıqlanacaq

Ermənistanın Baş naziri Nikol Paşinyanla Azərbaycan Prezidenti İlham Əliyev arasında baş tutan son görüşə dair bəzi detallara yaxın vaxtlarda aydınlıq gətiriləcək.

Olaylar.az xəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin Aparatı rəhbərinin müavini Taron Çaxoyan bildirib.

"Yaxın zamanda bəyanatlar olacaq, müəyyən məsələlər üzrə müzakirələrin məzmunu və əldə olunan konsensuslarla bağlı bəzi məqamlar açıqlanacaq", - o qeyd edib.

Xatırladaq ki, iyulun 10-da Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində Azərbaycan Prezidenti və Ermənistan Baş naziri arasında görüş keçirilib və Azərbaycan-Ermənistan dövlətlərarası normallaşma gündəliyinin müxtəlif aspektləri müzakirə edilib.

Məlumata görə, ikitərəfli danışıqların normallaşma prosesi ilə bağlı bütün məsələlərin həlli üçün ən səmərəli format olduğu təsdiqlənib və bu əsasda belə nəticəyönümlü dialoqun davam etdirilməsi razılaşdırılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31