Suriya prezidenti Azərbaycana gəldi

Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd əş-Şara iyulun 12-də Azərbaycan Respublikasına işgüzar səfərə gəlib.

Olaylar.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Suriya Prezidenti Əhməd əş-Şaranı Azərbaycan baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər qarşılayıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31