“Razılaşma bizi sülhə gətirə bilər”
10:38 Siyasət"Ermənistanla Azərbaycan arasında ikitərəfli razılaşma bizi sülhə gətirə bilər. Biz bu yoldayıq, dünəki görüşdən də onu anladıq".
"Olaylar.az" xəbər verir ki, bu fikirləri Milli Məclisin VI çağırış deputatı Elnur Allahverdiyev Real TV-yə ötən gün Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Əbu-Dabidə keçirilən görüşün nəticələrini şərh edərkən bildirib.
Onun sözlərinə görə, bu görüş indiyə qədərki görüşlərin ən mühümlərdəndir: "İndiyə kimi Prezident İlham Əliyevin beynəlxalq səviyyədə gördüyü işlər, apardığı danışıqlar bu gün nəticə etibarilə onu göstərir ki, biz yenidən doğru yoldayıq. Məhz bu ikili görüşün Əbu-Dabidə keçirilməsi çox vacib məqamdır. Növbəti siyasi qələbəmizdir. Cənab Prezidentin dediyi və həyata keçirdiyi siyasi qələbələrdən biri kimi qiymətləndirmək olar".