Milli Məclisin sədri Bosniya və Herseqovinaya işgüzar səfər edib

İyulun 10-da Milli Məclisin sədri Sahibə Qafarova Bosniya və Herseqovinaya işgüzar səfərə gəlib.

Parlamentdən verilən məlumata görə, Tuzla şəhərinin beynəlxalq aeroportunda Milli Məclisin sədrini Bosniya və Herseqovina parlamentinin deputatı Nihad Omeroviç və digər rəsmi şəxslər qarşılayıblar.

Səfər çərçivəsində Milli Məclisin sədri Sahibə Qafarova Serebrenitsa şəhərində keçiriləcək Soyqırımı qurbanlarının Anım mərasimində iştirak edəcək, həlak olanların xatirəsini yad edərək Memorial abidə üzərinə gül dəstəsi qoyacaqdır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31