İran XİN: “Azərbaycanın etirazından sonra konfrans təxirə salındı”

İran Xarici İşlər Nazirliyi noyabrın 6-da Təbrizdə keçirilməsi planlaşdırılan Qarabağ konfransının təxirə salınmasına münasibət bildirib. İran Xarici İşlər Nazirliyinin sözçüsü Mərziyə Əfxəm bu gün yerli və xarici jurnalistlər üçün keçirdiyi mətbuat konfransında deyib ki, belə bir konfransın keçirilməsin təşəbbüskarı bir qeyri-hökumət təşkilatı olub: "Ancaq Azərbaycan hökuməti bu məsələdən xəbərdar olduqdan sonra etirazını bildirdi. Ona görə də konfrans həmin təşkilatçı qurum tərəfindən təxirə salındı".  apa
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00