“Qumar borcu olmayan 11 millət vəkili axtarıram”
Bülənt Ecevitin vəfatından 7 il keçir... 2006-cı il 5 noyabr
5 Noyabr 2013 14:59 SiyasətBülənt Ecevit 1925-ci il mayın 28-də İstanbulda anadan olub. 1944-cü ildə İstanbulda amerikan kollecini bitirib. 1957-ci ildə ABŞ-ın Harvard Universitetində 8 ay araşdırma ilə məşğul olub. Bundan sonra Bülənt Ecevit 1950-60-cı illərdə müxtəlif qəzetlərdə müəllif yazıları ilə çıxış edirdi.
Bülent Əcevitin siyasi həyatının əhəmiyyətli dönüş nöqtələrindən biri 1965 -ci ilə təsadüf edir. Həmin ildə keçirilən CHP qurultayında Kamal Şatıra qalib gələn Ecevit partiyanın sədri seçildi. CHP'də " ortanın solu " anlayışı bu qurultaydan sonra ortaya çıxdı. Ecevit də "Orta Solu " xəttinin arxasındakı adlardan biriydi. Ancaq bəzi şəxslər tərəfindən CHP-ni həddindən artıq sola çəkməkdə, hətta " kommunizm"ə yaxınlaşdırmaqda günahlandırılırdı. Partiyaya yeni şəxsiyyət axtarışı daxili çaxnaşmalara səbəb oldu. 1965-ci il seçkilərində də Süleyman Dəmirəlin başçılıq etdiyi Ədalət Partiyasının qalib gəlməsi nəticəsində də partiyadaxili böhran daha da sürətləndi. Bülənt Ecevit 1965-ci il seçkilərində TBMM-nin Zonguldakdan seçilmiş millət vəkili oldu. Turhan Feyzioğlu və Kamal Sətir qrupu partiyadan ayrıldı. 43 millət vəkili ilə birlikdə Güvən Partiyasını qurdular. Bu Partiya daha sonra Respublikaçı Güvən Partiyası adını aldı.CHP-nin daxilində sola meyllənmə barədə söz-söhbətlər gəzirdi. Ecevit bu mövzularla bağlı düşüncələrini 1966-cı ildə yazdığı "Orta Solu " və 1968-ci ildə yazdığı "Bu quruluş dəyişməlidir " kitablarında açıqlayıb. Bu dövrdə Türkiyə bir çaxnaşma içində idi. 1968-ci ildə baş vermiş hadisələr və anarxiya Türkiyəni yeni bir böhrana sürüyürdü.Bülənt Ecevit 1971-ci il martın 12-də CHP Baş Katibi vəzifəsindən ayrılır. CHP-dəki aktiv vəzifələrindən uzaq düşən Bülənt Ecevit qrupu ilə birlikdə partiyada dəstək axtarışına başlayır. Bu zaman da partiyanın az qala dəyişməz ümumi başçısı şəxsiyyətini qazanmış İsmət İnönüyə qarşı bir hərəkətdə müvəffəqiyyətli olmaq üçün başqa bir variant da tapılmırdı.B. Ecevitin partiya təşkilatına dönük işləri qısa müddətdə nəticə verdi. 1972-ci ildə keçirilən CHP-nin konfransında Ecevit İnönünün qarşısına partiya lideri namizədi olaraq çıxma kimi bir seçim yerinə partiya orqanlarına qarşı siyahı yarışına başladı. CHP-nin bu konfransında siyahı yarışını İnönünün dəstəklədiyi Kamal Sətir qrupu deyil Ecevit qanadı qazandı. Bu səbəbdən də İnönü CHP-nin sədri vəzifəsindən istefa verdi. 1972-ci il mayın 14-də fövqəladə toplanan CHP konfransı Bülənt Eceviti partiya sədri təyin etdi. CHP lideri olan Ecevit hökumətdən çəkilmə qərarı aldı. Buna görə də İsmət İnönü CHP üzvlüyündən də istefa etdiyini açıqladı. Beləcə Bülənt Ecevit 1938-ci ildən etibarən 34 il CHP-yə sədrlik İsmət İnönünü siyasət cığırından çıxarmış oldu.1973-cü il 14 noyabr seçkilərində Bülənt ecevit ilk dəfə olaraq bir solyönümlü partiyanın yüksək səs toplamasına nail oldu. Bu səs faizi 33.39% idi. O zaman qeyd edirdilər ki, CHP-nin bu qədər səs toplamasının bir səbəbi də Türkiyə İşçi Partiyasının bağlanması idi.Bülənt Ecevitin 1974-cü ildə Nəcməddin Ərbakanın sədrlik etdiyi Milli Səlamət Partiyası ilə birlikdə qurduğu koalisiya hökuməti cəmi 10 ay yaşaya bildi. Bu dövr ərzində Kipr Barış Hərəkatı quruldu. 1977-ci il 5 iyun seçkiləri 41% səslə CHP-nin liderliyi ilə başa çatdı. Həmin vaxt ərzində Ədalət Partiyası 36.9% səs toplamışdı.Bülənt ecevitin 15 İyun 1977-ci ildə qurduğu və prezident Fəxri Korutürkün təsdiqlədiyi hökumət məclisdən təsdiqini tapa bilmədi. Bu zaman da Süleyman Dəmirəlin başçılığı ilə 2. Milliyyətçi Cəbhə hökuməti quruldu. Ədalət Partiyası, Milli Səlamət Partiyası və Milliyyətçi Hərəkət Partiyası yenidən bir araya gəldi. ecəvit "Qumar borcu olmayan 11 millət vəkili axtarıram" tarixi sözünü bu dövrdə söylədi. İstanbuldakı Günəş Motelde görüşdüyü Ədalət Partiyalı 11 deputatdan də nazirlik sözü verərək milliyyətçi cəbhə hökumətini yıxma cəhdlərini başlatdı. Bu hökumət yıxılınca 5 yanvar 1978-ci ildə ən uzun müddətli baş nazirlik edəcəyi yeni hökumətini qurdu.1987-ci ildə Özal ilə Dəmirəl arasında sərt polemikalara gətirib çıxaran referendumda siyasi qadağalar qaldırılınca, 1985-ci ildə qurulan DSP'nin liderliyini Ecevit əlinə aldı. 1987-ci ilin noyabrında keçirilən seçkilərndə Demokratik Sol Partiya barajını keçə bilmədiyinə görə Ecevit siyasəti buraxdı. Ancaq 1989-cu ildə keçirilən DSP konfransında yenidən partiyanın başına keçdi. 1991-ci il seçkilərində Demokratik Sol Partiya həm barajı aşdı, həm də Ecevit və 6 həmkarı ilə birlikdə məclisə girdi. 1991-ci il seçkilərindən sonra Dəmirəl liderliyindəki Doğruyol Partiyası ilə Erdal İnönü liderliyindəki SHP koalisiya hökuməti quruldu. Dəmirəl və İnönü əhəmiyyətli bir proyektə əl ataraq CHP və Ədalət Partiyasını yenidən açıb, Xəzinəyə təhvil verilən mal varlıqlarını yenidən əldə etmək üçün addım atdılar . Aydın Menderesin Demokrat Partiya və DYP-ni Ədalət Partiyasının damı altında bir araya gətirmə cəhdi müvəffəqiyyətsiz oldu. Ancaq xüsusilə Dəniz Baykal və yoldaşlarının cəhdləriylə CHP özünü buraxmadı və yenidən siyasətə qatıldı. Bu hərəkət solda parçalanmağa səbəb oldu. CHP və DSP-nin görüşdürülməsi cəhdlərinə DSP lideri Ecevit Baykalla uyğunlaşmayan siyasət tərzi səbəbiylə həmişə soyuq yaxınlaşdı. Nəticədə 24 dekabr 1994-cü seçkilərində Ecevit DSP-ni yenidən solun birinci partiyası olaraq çıxardı. DSP 14%-ə çatan səs nisbətiylə 75 millət vəkili çıxararkən CHP 10% səs ilə barajı aşa bildi . 1994 seçkilərindən sonra Bülənt Ecevit baş nazir müavini oldu. Bu hökumətin məclisdən salınmasından sonra başlayan hökumət axtarışları, DYP və ANAP dəstəkli Ecevit hökuməti ilə sonlandı. Beləcə Bülənt Ecevit 19 il aradan sonra yenidən baş nazir oldu və 18 aprel 1998-ci ildə keçirilən seçkilərlə DSP lider oldu.Bülənt Ecevit 5 noyabr 2006-cı ildə uzun sürən xəstəlikdən sonra 81 yaşında vəfat edib.
Sevda Qurbanqızı