Azərbaycan–Türk dünyası–Avrasiya: Strateji baxış və liderlik- ÖZƏL

"Prezident İlham Əliyevin Macarıstana işgüzar səfəri və Türk Dövlətləri Təşkilatının Budapeştdə keçirilmiş qeyri-rəsmi Zirvə görüşündəki çıxışı, Azərbaycanın regional və qlobal siyasətdə artan rolunu bir daha təsdiqlədi. Azərbaycan-Macarıstan münasibətləri müstəqil siyasət, qarşılıqlı etimad və strateji tərəfdaşlıq prinsiplərinə əsaslanır". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Sadiq Qurbanov deyib: "Türk Dövlətləri Təşkilatında Azərbaycanın təşəbbüskarlığı və iqtisadi töhfələri təşkilatın inteqrasiya prosesini sürətləndirir. Orta Dəhlizin inkişafı, nəqliyyat-logistika infrastrukturuna yatırımlar və rəqəmsal həllər Azərbaycanın Avrasiya məkanında nəqliyyat qovşağına çevrildiyini sübut edir.
COP29-un Bakıda uğurla keçirilməsi, yaşıl enerji sahəsində üçtərəfli strateji sazişlərin imzalanması və iqlim diplomatiyasındakı fəallıq, Azərbaycanın qlobal liderlik iddiasını gücləndirir. Nəticə etibarilə, Azərbaycan yalnız Cənubi Qafqazın deyil, bütövlükdə Türk dünyası və Avrasiya üçün dayanıqlı inkişaf, sabitlik və strateji əməkdaşlıq modelidir. Bu modelin əsasında isə dövlətçilik iradəsi, milli maraqlar və uzaqgörən liderlik dayanır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31