Azərbaycanın dünyada etibarlı tərəfdaş kimi qəbul olunur- ÖZƏL

"2024-cü ilin noyabrında COP29-a ev sahibliyi edən Azərbaycan iqlim diplomatiyasında da öz sözünü deməyi bacardığını sübut edib". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Nurlan Həsənov deyib: "Bu tədbirin yüksək səviyyədə təşkil edilməsi Azərbaycanın qlobal iqlim gündəliyinə töhfə verən məsuliyyətli dövlət statusunu bir daha ortaya qoyub. Ölkəmizin bu konfransa ev sahibliyi etməsi yalnız ekoloji deyil, həm də siyasi və diplomatik baxımdan əhəmiyyət daşıyır. Bu, Azərbaycanın dünya ictimaiyyəti tərəfindən etibarlı tərəfdaş kimi qəbul olunduğuna dəlalət edir. COP29-un uğurla təşkili, həmçinin Azərbaycanın yaşıl enerji keçidi, alternativ enerji mənbələrinin təşviqi və ekoloji təhlükəsizlik sahəsində müəyyən etdiyi strateji hədəfləri dünya ictimaiyyətinə nümayiş etdirib".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31