“Metsamor” təkcə regiona deyil, bütün dünya üçün təhlükə yaradır- ÖZƏL
26 May 2025 10:23 Siyasət"Ermənistanda fəaliyyət göstərən "Metsamor" Atom Elektrik stansiyası olduqca təhlükəlidir. Qeyri-hökümət təşkilatları bildiriblər ki, stansiyanın çevrəsində çatlar əmələ gəlib. Bəzi dünya mətbuatı və fizikləri "Metsamor"u dünyada və reğionda ən təhlükəli stansiya hesab edirlər". "Olaylar" xəbər verir ki, bunu Milli Cəbhə Partiyasının sədr müavini Rafiq Daşdəmirli deyib: "Lakin bu tək reğion dövlətlərinin deyil, eyni zamanda başqa dövlətləri də narahat etməlidir. Qafqaz reğionu o qədər də böyük olmadiğını nəzərə alsaq, ən çox təhlükə Gürcüstan və Azərbaycan üçün yaranır. Avropa Birliyi və Avropa Şurasının stansiyanın potensial təhlükə olmasını ifadə etməsinə baxmayaraq, stansiya hələ də öz fəaliyyətindədir. Qardaş Türküyə və Azərbaycannın də Beynəlxaq Atom Agentliyinə dəfələrlə müraciət etmələrinə baxmayaraq, hələ də heç bir tədbir görülmür. Yaxşı olardi ki, Gürcüatan Respublikası da bu təhlükə mənbəyinin dayandırılması üçün öz səylərini artırsın. Axir vaxtlar Gürcüstanda xalq arasında ölüm hadisələrinin çoxalması bu stansiyanın fəaliyyəti ilə əlaqələndirilir. Deyilən görə Gürcüstanda Azərbaycan türklərinin yaşadığı bölgə stansiyaya daha yaxındır.
Onu da nəzərə almaq lazımdır ki, AES-in istismar müddəti 2001-ci ildə bitmişdir. Bir anlığa falakəti təsəvvür etsək, nələrin baş verməsini xarakterizə etmək üçün sözlər kifayətsizdir. Çernobılda 7 minə yaxin insan ölümü, 25 min insanin şikəst qalmasını nəzərə alsaq, "Metsamor"un dəhşət saçan təhlükəsini hiss etməmək mümkün deyil".