Köçəryan Kremlə çağrıldı: Paşinyan planı müzakirə edildi

Rusiya Ermənistanın daxili siyasi həyatına fəal maraq göstərməyə başlayıb. Ermənistanla iş üzrə yeni kurator, Rusiya Prezident Administrasiyasının rəhbərinin müavini Sergey Kiriyenko hazırda vəziyyətlə tanış olur.

Olaylar.az xəbər verir ki, bu barədə "Hraparak" qəzeti məlumat yayıb.

Erməni nəşri bildirir ki, Rusiyanın fəallaşması fonunda bir neçə gün əvvəl sabiq Robert Köçəryan Moskvada qısamüddətli səfərdə olub:

"O, ötən gecə qayıdıb, amma Kremldə ona deyilənlər barədə komandasına məlumat verməyib. O, əvvəlki səfərindən sonra mətbuat konfransı keçirərək, fəallığını artırmışdı. İddiaya görə, budəfəki mövzu Baş nazir Nikol Paşinyanın impiçmenti məsələsi olub və yaxın günlərdə açıqlama və bəzi addımların atılacağı istisna edilmir.

İstisna edilmir ki, Köçəryan bu məsələdə çox da qətiyyətli olmağa çağırılıb və onunla baş nazirliyə namizədlərin adları müzakirə edilib. Yeri gəlmişkən, görüş və müzakirə Kiriyenko ilə deyil, daha çox erməni məsələsində ixtisaslaşmış Kremlin digər rəsmisi ilə olub". (Teleqraf)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31