Deputat Elnarə Akimova seçicilərlə görüş keçirdi

23 may 2025-ci il tarixində 46 saylı Sumqayıt beşinci seçki dairəsinin deputatı Elnarə Akimova seçicilərlə növbəti qəbulu baş tutdu. 
Görüş zamanı vətəndaşlar onları narahat edən bir sıra aktual məsələlərlə bağlı deputata müraciətlər ünvanlayıblar.
Qəbulda əsasən yol infrastrukturu, kanalizasiya sistemi, mənzillərin qeydiyyatı, idman sahəsindəki mövcud çətinliklər, ailə-məişət məsələləri və mənzil növbəsi ilə bağlı problemlər müzakirə olunub. Hər bir vətəndaşın müraciətinə diqqətlə yanaşan deputat, qaldırılan məsələlərin aidiyyəti üzrə müvafiq dövlət qurumlarına çatdırılacağını və həlli istiqamətində müvafiq tədbirlərin görüləcəyini bildirib.
Deputat Elnarə Akimova vurğulayıb ki, seçicilərin problemlərinin aradan qaldırılması, sosial rifahının yaxşılaşdırılması və onların dövlət orqanları ilə əlaqələndirilməsi istiqamətində fəaliyyətini davam etdirəcək. O, vətəndaşlarla birbaşa ünsiyyətin onların qayğı və ehtiyaclarını daha dərindən anlamaq baxımından mühüm olduğunu qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31