Pakistanın Baş nazirinin regiona səfəri başlayır - Detallar açıqlandı
23 May 19:57 SiyasətPakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin 25-30 may 2025-ci il tarixlərində Türkiyə, İran, Azərbaycan və Tacikistana səfərə başlayır.
Olaylar xəbər verir ki, səfər zamanı baş nazir bu ölkələrin liderləri ilə ikitərəfli münasibətləri əhatə edən bütün məsələlər, regional və beynəlxalq əhəmiyyətli məsələlər ətrafında geniş müzakirələr aparacaq.
O, həmçinin, Hindistanla son böhran zamanı dost ölkələrin Pakistana göstərdiyi dəstəyə görə minnətdarlığını ifadə etmək imkanı əldə edəcək.
Baş nazir 29-30 may 2025-ci il tarixlərində Tacikistanın paytaxtı Düşənbədə keçiriləcək Buzlaqlar üzrə Beynəlxalq Konfransda iştirak edəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31