Misir səfirinin diplomatik fəaliyyəti başa çatıb

23 may 2025-ci il tarixində xarici işlər naziri Ceyhun Bayramov Misir Ərəb RespublikasınınAzərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Hişam Məhəmməd Nağını ölkəmizdə diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.

Xarici İşlər Nazirliyindən bildirilib ki, nazir Ceyhun Bayramov səfirin ölkəmizdə diplomatik fəaliyyəti müddətində iki ölkə arasında münasibətlərin inkişaf etdirilməsinə verdiyi töhfəyə görə təşəkkürünü bildirib.

Nazir, tarixi dostluğa və qardaşlığa əsaslanan Azərbaycan və Misir münasibətlərinin xüsusi əhəmiyyət kəsb etdiyi qeyd edərək, ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə mövcud olan əməkdaşlığı yüksək qiymətləndirib. İki ölkə arasında həm ikitərəfli, həm də İslam Əməkdaşlıq Təşkilatı, D-8 kimi çoxtərəfli platformalarda uğurlu əməkdaşlıq məmnunluqla vurğulanıb.

Görüşdə iki ölkənin liderlərinin 2023 və 2024-cü illərdə qarşılıqlı şəkildə rəsmi səfərlərinin iki ölkə arasında münasibətlərə xüsusi təkan verdiyi qeyd olunub. Azərbaycan Respublikası və Misir Ərəb Respublikası arasında Hökumətlərarası iqtisadi, texniki və elmi əməkdaşlıq üzrə Müştərək Komissiyanın fəaliyyəti və Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmə mexanizmlərinin intensivləşdirilməsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Həmçinin iqtisadi, ticarət, turizm sahələrində əlaqələrin daha da genişləndirilməsi üçün böyük potensialın olduğu vurğulanıb.

Misir səfiri Hişam Məhəmməd Nağı Azərbaycanda fəaliyyəti müddətində ona göstərilən diqqətə və dəstəyə görə təşəkkürünü bildirib.

Misir səfirinin diplomatik fəaliyyəti başa çatıb

Misir səfirinin diplomatik fəaliyyəti başa çatıb
Misir səfirinin diplomatik fəaliyyəti başa çatıb
 
 
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31