Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir (YENİLƏNİB)
23 May 17:48 SiyasətBelçikalıların Kralı Filip Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Olaylar xəbər verir ki, məktubda deyilir:
"Zati-aliləri.
Azərbaycan Respublikasının milli bayramı - 28 May - Müstəqillik Günü münasibətilə Sizə və Azərbaycan xalqına səmimi-qəlbdən təbriklərimi, rifah və firavanlıq arzularımı çatdırıram".
xxx
15:47
Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi Nurlan Yermekbayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Olaylar xəbər verir ki, məktubda deyilir:
"Zati-aliləri.
28 May - Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm.
Ötən müddət ərzində Azərbaycan cəmiyyətin həyatının bütün sahələrinin təkmilləşdirilməsi və müasirləşdirilməsi işində heyrətamiz nəticələrə, yüksək iqtisadı inkişaf templərinə, dünya birliyində nüfuzunun möhkəmləndirilməsinə nail olmuş, uğurlu beynəlxalq layihələrin təşəbbüskarı kimi xüsusi rol oynamışdır.
Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) fəaliyyətinə göstərdiyiniz davamlı diqqətə görə Sizə minnətdarıq. ŞƏT-in dialoq üzrə tərəfdaşı olaraq Azərbaycan 10 ildən artıqdır ki, təşkilatın məqsəd və vəzifələrinin həyata keçirilməsinə mühüm töhfə verir. Əminik ki, Azərbaycan ilə ŞƏT arasında çoxşaxəli əməkdaşlıq gələcəkdə də möhkəmənəcəkdir.
Hörmətli İlham Heydər oğlu, icazə verin, Azərbaycanın daha da tərəqqisi naminə fəaliyyətinizdə Sizə yeni uğurlar, cansağlığı və əmin-amanlıq arzu edim".
xxx
13:17
Seneqal Respublikasının Prezidenti Bassiru Diomaye Faye Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Olaylar xəbər verir ki, məktubda deyilir:
"Cənab Prezident.
Ölkənizin milli bayramı - 28 May - Müstəqillik Günü münasibətilə Sizə səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.
Sizə və dost Azərbaycan xalqına firavanlıq və davamlı tərəqqi diləyir, ən xoş arzularımı ifadə edirəm.
Bu xoş fürsətdən istifadə edərək, ölkələrimiz arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi üçün Sizinlə işləməyə hazır olduğumu bir daha vurğulayıram".
xxx
12:07
Niderlandın Kralı Villem-Aleksandr Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Olaylar xəbər verir ki, məktubda deyilir:
"Cənab Prezident.
Ölkənizin milli bayramı - 28 May - Müstəqillik Günü münasibətilə Zati-alinizi təbrik edirəm.
Bu bayram münasibətilə Azərbaycan xalqına daha firavan gələcək diləyir və ən xoş arzularımı çatdırıram".
xxx
21.05.2025
13:18
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinin Baş katibi Asəf Hacıyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Olaylar xəbər verir ki, məktubda deyilir:
"Möhtərəm cənab Prezident.
Sizi Müstəqillik Günü münasibətilə ürəkdən təbrik edirəm.
1993-cü ildə müstəqilliyimiz böyük təhlükə ilə üzləşmişdi. Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıtması müstəqilliyimizi qoruyub saxladı. Qısa bir zamanda Azərbaycanda sabitlik yarandı, enerji sahəsində dünyanın aparıcı şirkətləri ilə böyük layihələr həyata keçirildi, ölkəmiz bölgədə aparıcı dövlətə çevrildi. Böyük dövlət xadimi Heydər Əliyevin hakimiyyətə qayıtması ölkəyə barış və inkişaf gətirdi.
Siz Ulu Öndər Heydər Əliyev dəyərlərinə yeni nəfəs gətirdiniz və 30 ilə yaxın işğal altında qalan torpaqlarımızın azad edilməsi Sizin siyasətiniz nəticəsində mümkün oldu. Artıq bir neçə ildir ki, Azərbaycan xalqı Müstəqillik Gününü qalib xalq kimi qeyd edir.
Möhtərəm cənab Prezident, bu gün Azərbaycan regionun lider ölkəsidir. Son aylar ölkəmizə İranın və Vyetnamın liderlərinin səfərləri, Sizin Çin Xalq Respublikasına səfəriniz və orada ən yüksək səviyyədə qəbul olunmağınız, Albaniyada Avropa Siyasi Birliyinin Zirvə toplantısında dünya liderləri ilə keçirdiyiniz görüşlər bir daha Sizin dərin və incə düşünülmüş siyasətinizin nə qədər müdrik olduğunu və Azərbaycan xalqının inkişafına yönəldiyini təsdiq edir.
Sizə möhkəm cansağlığı, ailə səadəti, işlərinizdə böyük uğurlar arzulayıram".
xxx
12:57
Myanma İttifaqı Respublikasının Dövlət İdarə Şurasının Sədri Min Aung Hlaing Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Olaylar xəbər verir ki, məktubda deyilir:
"Zati-aliləri.
Ölkənizin Müstəqillik Gününün 107-ci ildönümü münasibətilə Sizə və Azərbaycan xalqına Myanma İttifaqı Respublikasının xalqı adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.
Ümidvaram ki, ölkələrimiz arasındakı əlaqələr gələcək illərdə də inkişaf edəcəkdir.
Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
xxx
12:40
Kuba Prezidenti Migel Dias Azərbaycannın milli bayramı münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Olaylar xəbər verir ki, məktubda deyilir:
"Hörmətli cənab Prezident.
Azərbaycan Respublikasının milli bayramı münasibətilə Sizə və xalqınıza səmimi-qəlbdən təbriklərimi çatdırıram.
Fürsətdən istifadə edərək, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq əlaqələrini gücləndirmək niyyətimizi bir daha bildirmək istəyirəm.
Sizə dərin hörmət və ehtiramımı ifadə edirəm".