“Ukrayna rəsmiləri bunu işğalın davamı kimi qiymətləndirib…”— ÖZƏL
15:13 SiyasətRusiya Prezidenti Vladimir Putin bildirib ki, Ukrayna ilə sərhəddə təhlükəsizliyi artırmaq üçün bufer zona yaradılır. Ordunun bu tapşırıq üzərində çalışdığını deyib. Bu bəyanat, Tramp, Putin və Zelenski arasında atəşkəslə bağlı danışıqların getdiyi bir vaxtda verilib. Xarici media yazır ki, bufer zonanın həcmi və statusu gələcək sülh danışıqlarında əsas mövzulardan biri olacaq. Putin həmçinin Sumi və Xarkov istiqamətində əməliyyatların davam edə biləcəyinə işarə edib.
Rusiya-Ukrayna sərhədində bufer zonanın yaradılması atəşkəsə və sülh danışıqlarına necə təsir göstərə bilər?
Mövzu ilə bağlı politoloq Züriyə Qarayeva Olaylar.az-a açıqlamasında bildirib ki, "Rusiyanın Ukrayna sərhədində Putin tərəfindən təklif olunan tampon zonanın, yəni bufer bölgənin yaradılması birbaşa və açıq şəkildə Rusiyanın Ukraynanın ilhaq etdiyi ərazilərdən daha da dərinlərə doğru ərazisini işğal etmək niyyətinə hesablanıb. Bilirik ki, dörd vilayət ilhaq olunur və onun ardınca Odessa istiqamətində digər ərazilərdə, o cümlədən Odessada daxil olmaqla bufer zonanın yaradılması hədəflənir. Bu məsələ gündəmə gəldiyi andan etibarən Ukrayna rəsmiləri bunu işğalın davamı kimi qiymətləndirib və danışıqlar prosesinin tamamilə rədd olunması çağırışı etmişlər.Onların sözlərinə görə, bu bir daha göstərir ki, Putin necə qəddar bir liderdir. Təbii ki, bu proses danışıqları dalana dirədə bilər, qarşı tərəfin səbrini maksimum dərəcədə daşırda və danışıqlar prosesinə mənfi təsir göstərə bilər. Çünki danışıqlarda ən azından müəyyən güzəştlər qarşı tərəflə təqdim oluna bilər ki, ümumi müstəvidə danışıqlar prosesi davam etsin.Lakin bu müstəvidə şərtlərin daha da sərtləşdirilməsi və ağırlaşdırılması sadəcə danışıqlardan yayınmaq missiyasının tərkib hissəsidir."
Gülxanım Əliyeva