Tramp və Rubionun Rusiya üzrə mövqelərində fərq qalır— ÖZƏL

Olaylar.az xəbər verir ki, ABŞ Dövlət katibi Marko Rubio demək olar ki, hər gün Rusiya əleyhinə yeni sanksiyaların tətbiqindən danışır, lakin Prezident Donald Tramp bu mövzuya skeptik yanaşır. jurnalının mənbələrinə istinadən verdiyi məlumata görə, Rubionun sanksiyalar məsələsində fəallığı yüksək olsa da, Tramp əlavə sanksiyaların tətbiqində çəkingən davranır.Qeyd olunur ki, Tramp son telefon danışığından əvvəl Moskva əleyhinə sanksiyalar barədə işarə versə də, sonradan mövqeyini dəyişib.
Avropa İttifaqı liderləri də Trampın Rusiya ilə iqtisadi əlaqələri yaxşılaşdırmaq niyyətində olması səbəbindən əvvəlki planlarından geri çəkilməsinə təəccüblə yanaşırlar.

Gülxanım Əliyeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31