MSK sədrinin müavini və katiblərinə diplomatik pasport verilsin-Təklif

Mərkəzi Seçki Komissiyasının (MSK) sədrinin müavini və katiblərinə diplomatik pasport verilməsi təklif edilib. "Olaylar" xəbər verir ki, bu təkliflə Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa parlamentin bugünkü plenar iclasında çıxış edib.

Onun sözlərinə görə, ali seçki orqanı ilə bağlı bu məsələ uzun illərdir unudulur: "MSK yeganə qurumdur ki, sədrdən başqa, müavinlər və katiblər üçün diplomatik pasport verilməsi nəzərdə tutulmur. Onlar uzun illərdir xarici ölkələrə səfər edirlər. Bu, çox ciddi bir məsuliyyətdir. Onların əməkdaşlarına heç bir sosial imtiyaz nəzərdə tutulmayıb".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31