Azərbaycanla Pakistan arasındakı aqrar sazişi təsdiqləndi

Milli Məclis Azərbaycanla Pakistan arasındakı aqrar sazişi təsdiq edib. "Olaylar" xəbər verir ki, parlamentin bugünkü plenar iclasında "Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında bitki karantini və bitki mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş"in təsdiqi haqqında qanun layihəsi müzakirə edilib.

Layihə müzakirələrdən sonra səsverməyə qoyularaq təsdiq edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31