Ölkəmizin gələcəyini təhdid edən ən ciddi problem narkomaniyadır-Deputat
11:25 Siyasət"Bu günlərdə vətəndaşlar kameralar vasitəsilə Yasamalda narkotik satışını həyata keçirən şəbəkəni ifşa etməyə kömək etdi: "Narkotik istifadəçilərinin həbsini düzgün saymıram. Həbsxanalar narkotik istifadəçiləri ilə doldurulmalı deyil, onlar müalicə almalıdır". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa deyib: "Amma narkotik satışını həyata keçirən şəbəkəni çökdürmək üçün bütün vətəndaşlar prosesə qoşulmalıdır. Birincisi, məktəblərin ətraflarında ola biləcək satış mexanizmlərini mütləq aşkara çıxarıb, onları məsuliyyətə cəlb etmək son dərəcə vacibdir. Ölkəmizin gələcəyini təhdid edən ən ciddi problem narkomaniyadır. Bu, xüsusilə qonşu ölkədən yönəldilən şəbəkə vasitəsilə bu həyata keçirilir".