“Türk Dünyası Xartiyası”nın imzalanması əhəmiyyətli addımdır- ÖZƏL
11:19 Siyasət"Prezident İlham Əliyevin Macarıstanın paytaxtı Budapeştdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirakı tarixi əhəmiyyətə malikdir. Azərbaycan Prezidenti İlham Əliyev, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və TDT-nin Baş katibi Kubanıçbek Ömüralıyev tərəfindən imzalanmış 71 bənddən ibarət Bəyannamə türk xalqlarının birliyinin daha da güclənməsinə xidmət edir". "Olaylar" xəbər verir ki, bunu YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev deyib: "Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının Budapeştdə qeyri-rəsmi Zirvə görüşündə iştirak edən ölkəmizin başçısı çıxışında olduqca vacib mesajlar verdi. "Prezident İlham Əliyev çıxışında Azərbaycanla Macarıstan əlaqələrin xarakterindən və Türk Dövlətləri Təşkilatının qarşısında duran ümumi vəzifələrdən bəhs edib. Ötən il Azərbaycanın təşəbbüsü ilə Türk Dövlətləri Təşkilatının Şuşada ilk qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi də Zirvə görüşündə bir daha vurğulanıb. Bu təşəbbüsün davamı olaraq ikinci qeyri-rəsmi Zirvə görüşünün Budapeştdə təşkilinin vacibliyi diqqətə çatdırılıb. Azərbaycanın bu il TDT-nın rəsmi Zirvə görüşünə ev sahibliyi edəcəyi məmnunluqla Zirvə toplantısında qeyd edilib. Azərbaycan təşkilatın üzv ölkələrinə iyirmi milyard ABŞ dollarından çox sərmayə qoyduğu, eyni zamanda bu il Türk İnvestisiya Fondunun rəsmi olaraq fəaliyyətə başlamasının ümumi hədəflərə xidmət etdiyi söylənilib. Sözsüz ki, Azərbaycan, qazax, qırğız, türk və özbək dillərində imzalanan 71 bəndlik Bəyannamədə türk xalqlarının birliyinə mühüm töhfə olacaq. Bununla TDT-nin təşkilatın institusional əsasını qoyan tarixi Naxçıvan Sazişinin prinsiplərinə, məqsədlərinə və ruhuna sarsılmaz sadiqliyi bir daha öz təsdiqini tapır. "Türk Dünyası Xartiyası"nın imzalanması, TDT-nin İşçi Qrupunun yaradılması da əhəmiyyətli addım idi. "Qlobal miqyasda mədəniyyətlərarası dialoqun təşviqində qabaqcıl təşəbbüs kimi "Bakı Prosesi"nin uğuru, Türk İnvestisiya Fondunun və Bakı İqlim Birliyi Paktı, eləcə də COP29 Sədrliyi çərçivəsində Azərbaycanın həyata keçirdiyi təşəbbüslər Zirvə toplantısında bir daha bəyan edilib".