Türk Dövlətləri Təşkilatı söz sahibi olan beynəlxalq quruma çevrilir

Azərbaycan prezidenti İlham Əliyevin Macarıstana səfəri iki dövlət arasında münasibətlərin daha da imkişaf edəcəyinə əminlik yaradır. Dövlət başçılarının müzakirə etdikləri məslələrin çoxsahəliliyi və aktuallığı, eləcə də mətbuata səsləndirdikləri bəyənat əslində inkişf etməkdə olan münasibətlərin ilkin konturları idi. Etiraf edilməlidir ki, rəsmi Bakı ilə Budapeşt arasındakı əlaqələrin belə yüksək səviyyəyə çatmasında hər iki dövlətin liderlərinin qarşılıqlı səfərlərinin əhəmiyyəti böyük olub. Məlumdur ki, dost və strateji müttəfiqlik səviyyəsində olan bu iki dövlətin rəhbərlərinin həm də səmimi münasibətləri qarşılıqlı əməkdaşlıq üçün stimul yaradır. Təsadefi deyil ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Budapeştdə Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə çıxışı zamanı vurğulayıb ki, Azərbaycan ilə Macarıstan arasında əlaqələrin inkişafı məmnunluq doğurur: "Bu, mənim Macarıstana 6-cı səfərimdir. Cənab Orban isə Azərbaycana 7 dəfə səfər etmişdir. Macarıstan Azərbaycanın etibarlı strateji tərəfdaşıdır. Macarıstan müstəqil siyasət aparan ölkədir və beynəlxalq nüfuzu daim artmaqdadır. Əldə edilmiş bütün uğurlar münasibətilə Baş nazir Viktor Orbanı təbrik edirəm".  Onu da qeyd edək ki, Macarıstan Azərbaycanın ərazi bütövlüyünü və suverenliyinii tanıyan ilk dövlətlərdən biri kimi həmin dəstəyini 44 günlük Vətən müharibəsi dövründə də olduğu kimi, indi də davam etdirir. Macar şirkətlərinin ölkəmizin işğaldan azad edilmiş ərazilərində quruculuq işlərinə qoşulması iki ölkənin dostluq münasibətlərini və iqtisadi əməkdaşlığının inkişafını göstərir. Parlament sədrləti ilə görüşdə cənab İlham Əliyev xüsusi olaraq bəyan edib ki, Cəbrayıl rayonundakı bir məntəqədə Macarıstanın maliyyə dəstəyi ilə bir məktəb inşa edilir və bu, bir daha bizim birliyimizi göstərir.

Azərbaycanla Macarıstan arasında əlaqələr təkcə siyasi, iqtisadi və enerji sahələri ilə kifayətlənməyərək beynəlxalq səviyyəyə yüksəlib. İnkişaf etmiş diplomatik əməkdaşlığın nəticəsi olaraq  Macarıstan Türk Dövlətləri Təşkilatının müşahidəçi üzvü statusunu qəbul edib. Bu isə təkcə Azərbaycanla deyil, eləcə də türk dövlətləri ilə əlaqələrin inkişafına təkan verən  amildir. Elə prezident İlham Əliyevin Macarıstana səfəri zamanı Budapeştdə Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi fikrimizi bir daha təsdiq edir. Yeri gəlmişkən xatırladaq ki, Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının keçən il Azərbaycanın təşəbbüsü ilə Şuşada ilk qeyri-rəsmi Zirvə görüşü keçirilib. Azərbaycanın dövlət başçısı Zirvə toplantısında çıxışında qeyd edib: "Şadam ki, bu təşəbbüsün davamı olaraq ikinci qeyri-rəsmi Zirvə görüşü təşkil edilir. Prezident Sadır Japarovu Qırğızıstanın hazırda təşkilata uğurlu sədrliyinə görə təbrik edirəm. Bu il Azərbaycan Türk Dövlətləri Təşkilatının rəsmi Zirvə görüşünə ev sahibliyi edəcək. Sizi Zirvə görüşündə iştirak etmək üçün Azərbaycana dəvət edirəm. Azərbaycan ümumilikdə təşkilatın üzv ölkələrinə 20 milyard ABŞ dollarından çox sərmayə qoymuşdur. Bu il Türk İnvestisiya Fondunun rəsmi olaraq fəaliyyətə başlaması nəzərdə tutulur". 

Etiraf edilməlidir ki, Türk Dövlətləri Təşkilatının üzvləri arasında əməkdaşlıq həm də qurumda müşahidəçi statusunda təmsil olunan Macarıstan üçün də sərfəlidir. Ən azı, nəzərə almaq lazımdır ki, son illər ərzində Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən regional və beynəlxalq nəqliyyat layihələrinin nəticəsi olaraq türk dövlətləri arasında nəqliyyat sahəsində əməkdaşlıq nəzərəçarpacaq dərəcədə güclənib. Xüsusən, Azərbaycanda nəqliyyat infrastrukturuna - avtomobil yollarına, dəmir yolu xətlərinə, dəniz limanına, gəmiqayırma zavoduna, hava nəqliyyatına böyük həcmdə sərmayələr qoyulub. Nəticədə, açıq dənizlərə çıxışı olmasa da Azərbaycan Avrasiyanın nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilib.

Türkiyənin vә Mərkəzi Asiya dövlәtlәrinin Azәrbaycan ərazisindən tranzit keçәn daşımalarının hәcmi 2024-cü ildә 11 milyon ton təşkil edib. Azərbaycanın təşkilatçılığı ilə qonşu ölkələrlə yeni əməkdaşlıq formatları yaranıb, müştərək müəssisələr qurulub. Orta Dəhlizin bir hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun daşıma qabiliyyəti keçən il  Azərbaycanın vəsaiti hesabına 5 milyon tona çatdırılıb. Ölkəmiz hazırda Orta Dəhlizin rəqəmsallaşdırılmasına böyük önəm verir. İndi isə Xəzər dənizi limanları arasında nəqliyyat əməliyyatlarının və ticarətin sadələşdirilməsini nəzərdə tutan vahid rəqəmsal platformanın yaradılması layihəsi üzərində işlər davam etdirilir. Məlumat üçün qeyd edək ki,  Xəzər dənizində 50-dən çox ticarət gəmisi olan Azərbaycan türk dövlətləri üçün önəmli tranzit xidmətləri göstərir. Hazırda Bakı gəmiqayırma zavodunda 10 yeni gəmi inşa edilir. Ələt Beynəlxalq Dəniz Ticarət Limanının yükaşırma qabiliyyəti 15 milyon tondan 25 milyon tona çatacaq. Azərbaycanda 8 beynəlxalq hava limanı fəaliyyət göstərir. Sayca 9-cu hava limanı yaxın zamanlarda istifadəyə veriləcək. 9 beynəlxalq hava limanından 3-ü Azərbaycanın erməni işğalından azad edilmiş ərazisindədir. Həmçinin 1,5 milyon ton yük qəbuletmə imkanı olan karqo terminalı inşa edilir. Sadalanan faktlar deməyə əsas verir ki, Türk dövlətləri arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün kifayət qədər potensial mövcuddur ki, həmin imkanlar məhz Azərbaycanın səyi nəticəsində əldə edilib.  Başqa sözlə, Türk Dövlətləri Təşkilatı üzvlərinin sənaye, nəqliyyat, informasiya texnologiyaları, kənd təsərrüfatı, ticarət və sair sahələrdə  əlaqələrin gücləndirilməsi üçün əlverişli şərait var və bu potensialın reallaşdırılması məqsədilə zəruri tədbirlər görülür. Bu isə türk dövlətlərinin əlaqələrinin getdikcə genişlənməsini, iqtisadi sahədə yüksək nəticələrin əldə edilməsini şərtləndirir. İqtisadi yüksəliş, dayanıqlı inkişafın təmin üsilməsi izə sözsüz ki, Türk Dövlətləri Təşkilatının beynəlxalq aləmdə söz sahibi olan bir quruma çevrilməsini təmin edəcək. 

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31