“Yeni geosiyasi reallıqlarda Bakı ilə Brüssel münasibətləri önəmlidir” – İlyas Hüseynov - ÖZƏL

"Cənab Prezident İlham Əliyevin Albaniyanın paytaxtı Tiranada Avropa Siyasi Birliyinin 6-cı zirvə toplantısında iştirakı ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edir və burada qarşılıqlı maraqlar özünü göstərməkdədir".
Bu fikirləri politoloq İlyas Hüseynov Olaylar.az-a açıqlamasında söyləyib:

"Bakı və Brüssel arasında zaman-zaman soyuqluq və problemlər olsa da, düşünürəm ki, bu münasibətlərin nizamlanması, sahmana düşməsi, inkişafı önəmlidir. Sosial şəbəkələrdə və media resurslarında da cənab Prezident İlham Əliyevə olan xüsusi diqqət və etimadla bağlı foto və video görüntülərlə tanış olmaq olar.
Hesab edirəm ki, Azərbaycan yeni geosiyasi reallıqlarda, Avropanın təhlükəsizlik sahəsində defisit yaşadığı bir dövrdə həm Azərbaycana, həm də qardaş Türkiyəyə böyük ehtiyac vardır.
Məhz cənab Prezidentin Avropanın enerji təhlükəsizliyi müstəvisindəki çətinliklər, eləcə də təhlükəsizlik, hərbi, iqtisadi, maliyyə, nəqliyyat və digər məsələlərin müzakirəsi üçün dəvət olunması mühüm əhəmiyyət kəsb edir və bu baxımdan çox konstruktiv danışıqlar həyata keçiriləcək. Hətta Ermənistanın baş naziri Nikol Paşinyanla olan danışıqlar da bölgə siyasətində sülhə və təhlükəsizliyə xidmət edəcəkdir".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31