Fransa sülh müqaviləsinin bağlanması üçün Azərbaycan və Ermənistanın səylərini dəstəkləyir - Makron

Fransa sülhün əldə olunması və sülh müqaviləsinin bağlanması üçün Azərbaycan və Ermənistanın göstərdiyi səyləri dəstəkləyir.

Olaylar.az xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron Avropa Siyasi Birliyinin 6-cı zirvə toplantısı çərçivəsində Tiranada keçirilən ilk plenar sessiyada çıxışı zamanı bildirib.

"Hazırda yekunlaşmaq üzrə olan - və ümid edirəm ki, tezliklə tam olaraq başa çatacaq - iş Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin bağlanmasıdır. Onların bu istiqamətdə irəliləmək və sülh sazişi imzalamaq səylərinə tam dəstəyimizi ifadə etmək istəyirəm", - deyə o bildirib. (Makron)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31