İstanbulda Rusiya və Ukrayna arasında danışıqlar başlayıb

İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətləri arasında keçirilən danışıqları açıq elan edən Türkiyə XİN rəhbəri Hakan Fidan, cari danışıqlar mərhələsinin Ukrayna münaqişəsinin nizamlanmasında son dərəcə vacib olduğunu diqqətə çatdırıb.

Bu barədə Olaylar.az xarici KİV-ə istinadən xəbər verir.

"Tərəflərin sülhə sadiqliyini nümayiş etdirməsi bizim üçün yeni imkanlar pəncərəsi açıb, və biz bunu məmnuniyyətlə qarşılayırıq. Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Vladimir Zelenskinin ölkə başçımız Rəcəb Tayyib Ərdoğan və ABŞ prezidenti Donald Trampın sülh çağırışlarına qulaq asması bizim üçün çox önəmlidir. Rusiya və Ukraynanın birbaşa danışıqlara başlamağa hazır olması bu gün şahidi olduğumuz həlledici mərhələnin mümkünlüyünü təmin etdi", - deyə nazir bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31