Aİ rəhbərliyi: Azərbaycan və Ermənistan arasında sülh sazişinin tamamlanması önəmli addımdır – ÖZƏL
16 May 2025 14:22 SiyasətOlaylar.az xəbər verir ki, Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen "X" sosial şəbəkəsindəki paylaşımında Azərbaycan və Ermənistan arasında sülh sazişinin yekunlaşdırılmasını alqışlayıb.
"Avropa İttifaqı Şurasının prezidenti və mən Ermənistan və Azərbaycan liderlərini sülh sazişi üzərində işi başa çatdırmaları münasibətilə təbrik edirik", - deyə o bildirib.
Fon der Leyen bu addımı mühüm irəliləyiş kimi qiymətləndirib:
"Biz sazişin tezliklə imzalanmasını səbirsizliklə gözləyirik. Avropa İttifaqı regionda əlaqələrin qurulmasına və bu bölgənin təşkilatımıza yaxınlaşmasına töhfə verməyə hazırdır".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31