Xankəndidə İƏT Sammiti: Diplomatik uğur və qlobal mesaj– ÖZƏL

"İqtisadi Əməkdaşlıq Təşkilatının XVII Sammitinin Xankəndində keçirilməsi sevindirici olmaqla yanaşı, həm də böyük diplomatik uğurdur. Məlumdur ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra keçmiş sovet respublikalarından ilk olaraq İƏT-ə üzv olmaq barədə müraciət etmiş və 1991-ci ilin dekabrın 8-də İƏT-in Dakarda keçirilmiş dövlət və hökumət başçılarının 5-ci konfransında təşkilata tamhüquqlu üzv qəbul edilmişdir". 

Bu fikirləri siyasi şərhçi Yusif Bağırzadə Olaylar.az-a açıqlamasında bildirib:

"Hal-hazırda Azərbaycan İƏT-in ən aktiv və nüfuzlu üzvlərindən biridir.  Ölkəmiz son illərdə İƏT-in bir neçə konfransına ev sahibliyi etmişdir. 
Bu ilin 3-4 iyul tarixlərində keçirilməsi planlaşdırılan Sammitin mövzusu davamlı inkişaf və iqlimə dayanıqlı iqtisadi əməkdaşlıq barədə olacaq. Bu müzakirələt üçün məhz Xankəndinin seçilməsi isə siyasi baxımdan mühüm hadisədir. İlk növbədə ona görə ki, bu, İƏT üzv dövlətlərinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə dəstəyinin ifadəsi olacaq. 
Digər tərəfdən isə Sammitdə qəbul olunacaq qərarların Xankəndindən elan olunması Qarabağın artıq münaqişə zonası deyil, dayanıqlı inkişaf və əməkdaşlıq məkanı olduğu mesajının verilməsi baxımından da əhəmiyyətli olacaq.
Başqa sözlə desək, Sammitdə qəbul olunacaq qərarlarla Xankəndi adı dünyada milyonlarla insanın taleyinə təsir edəcək şəhər olaraq tarixə düşəcək".

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31