Gənclərə milli-mənəvi dəyərlərin aşılanması vacibdir- ÖZƏL

"Konstitusiya və Suverenlik İli" çərçivəsində təşkil olunan tədbirlər gənclərin potensialının üzə çıxarılması baxımından olduqca vacibdir. Bu cür tədbirlər gənclərin bacarıqlarını, istedadlarını və yaradıcılıqlarını nümayiş etdirmələrinə imkan yaradır". "Olaylar" xəbər verir ki, bunu YAP Nərimanov rayon təşkilatının sədri Elçin Quliyev deyib: "Gənclərə milli-mənəvi dəyərlərin aşılanması, vətənpərvərlik ruhunun, milli kimliyin ötürülməsi bizlərə Ulu Öndər Heydər Əliyevin miras qoyduğu siyasi ideologiyanın əsasını təşkil edir. Buna görə də dahi şəxsiyyətin anadan olmasının 102-ci ildönümü ərəfəsində məhz belə bir tədbirin keçirilməsi xüsusi önəm daşıyır. Gənclərin ictimai, sosial və mədəni sahələrdə daha aktiv iştirak etmələrini təşviq edən hər bir layihə dəstəklənməli və bu sahə davamlı təbliğ olunmalıdır. "Gənclər bizim gələcəyimizdir" devizi altında keçirilən tədbirlər gənclərin inkişafı, cəmiyyətə inteqrasiyası və gələcək liderlər kimi formalaşmasına xidmət edir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31