Dövlətdən kənarda verilən dini tədris insan alveri kimi dəyərləndirilməlidir- ÖZƏL

"Dini təhsilə nəzarət edilməlidir. Dövlətdən kənarda verilən dini tədris insan alveri kimi dəyərləndirilməlidir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Fazil Mustafa deyib: "Azərbaycanda dünyəvi təhsil tətbiq olunur. Lakin uşaqları məktəblərdən uzaqlaşdırmaq tendensiyası gedir. Qanunvericilikdə dəyişiklik edilməlidir ki, belə halların qarşısı alınsın. Heç olmasa xarici dini təsirlərdən qorumaq üçün qanunvericilikdə dəyişiklik edilməlidir. Sosoal şəbəkədə belə bir məlumat gedib ki, valideyin məktəb direktoruna pul verib ki, uşağa şərait yaradılsın ki, dini təhsil alsın".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31