Azərbaycan dünyada ən sabit ölkələrdən biridir- ÖZƏL
16 May 2025 11:39 SiyasətAzərbaycan insanların təhlükəsizliyinin yüksək səviyyədə qorunduğu ən sabit ölkələrdən biridir. "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Zahid Oruc deyib: "Bu istiqamətdə Daxili İşlər Nazirliyinin fəaliyyəti xüsusilə qeyd edilməlidir. Xüsusən, nazirliyin ictimai təhlükəsizliyin, insan hüquq və azadlıqlarının qorunması, insan alverinə qarşı mübarizə istiqamətlərində həyata keçirdiyi tədbirlər əhəmiyyət daşıyır. Daxildə qanunçuluğun keşiyində və cinayətkarlıqla mübarizədə ön cərgədə dayanan milli polisimiz Vətən müharibəsi zamanı da cəbhədə ordumuzla çiyin-çiyinə idi. İkinci Qarabağ müharibəsində Azərbaycan polisinin 66 nəfərinin qəhrəmanlıqla şəhid olması, 346 nəfərin yaralanması, 1400 nəfər hərbi qulluqçuya yüksək mükafatların, 4 nəfərə isə "Vətən Müharibəsi Qəhrəmanı" adının verilməsi həmin şərəfli döyüş yolunun parlaq ifadəsidir".