Zelenski İstanbul danışıqlarına qatılmır – Ukrayna nümayəndə heyəti göndəriləcək
15 May 2025 19:06 SiyasətUkrayna prezidenti Volodimir Zelenski Rusiya nümayəndə heyəti ilə İstanbulda keçiriləcək danışıqlarda iştirak etməyəcək.
Bu barədə AFP agentliyi məlumat yayıb.
Bununla belə, Ukrayna tərəfi danışıqlarda iştirak üçün öz nümayəndə heyətini Türkiyəyə göndərəcək.
Qeyd edək ki, Rusiya və Ukrayna arasında İstanbulda baş tutması planlaşdırılan sülh danışıqları son üç ilin ilk birbaşa təmas cəhdi kimi qiymətləndirilir. Zelenskinin özü iştirak etməsə də, prosesə rəsmi dəstək verdiyi bildirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31