Prezident İlham Əliyev Albaniyaya işgüzar səfərə gəlib
15 May 18:53 SiyasətAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 15-də Albaniya Respublikasının Baş naziri Edi Ramanın və Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın dəvəti ilə "Avropa Siyasi Birliyi"nin 6-cı Zirvə toplantısında iştirak etmək üçün Tiranaya işgüzar səfərə gəlib.
Tirana şəhərinin Beynəlxalq Hava Limanında dövlətimizin başçısını Albaniya Baş nazirinin müavini, İnfrastruktur və energetika naziri Belinda Balluku və digər rəsmi şəxslər qarşıladılar.
Xəbər yenilənəcək
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31