Deputatımız Rumıniyada prezident seçkilərini müşahidə edəcək
15 May 2025 15:12 SiyasətMilli Məclisin deputatı Azay Quliyev mayın16-da Rumıniyanın Buxarest şəhərinə səfər edəcək.
Azay Quliyev ATƏTPA xətti ilə mayın 18-də Rumıniyada keçiriləcək prezident seçkilərinin ikinci turunu izləyəcək. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a bildirilib ki, deputat bir sıra seçki məntəqələrində seçkilərə hazırlıqlatanış olacaq və seçki günü prosesin gedişini müşahidə edəcək.
Səfər mayın 19-da başa çatacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31