Xocalı artıq ləyaqətli həyatın şəhəridir- ÖZƏL
11:03 Siyasət"Xocalı yaddaşın və qürurun ünvanıdır. Azərbaycan tarixinin ən ağır səhifələrindən biri olan Xocalı bu gün dirçəlir". "Olaylar" xəbər verir ki, bunu YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev deyib: "Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Xocalı rayonuna növbəti səfəri bu baxımdan mühüm tarixi və siyasi əhəmiyyətə malikdir. Dövlət başçısının səfəri zamanı burada "Xocalı" yarımstansiyasının və Rəqəmsal İdarəetmə Mərkəzinin və "Qoç Ət" Kəndli Fermer Təsərrüfatı MMC-nin Xocalı rayonunun Xanabad kəndi ərazisində yerləşən heyvandarlıq kompleksinin açılış mərasimində iştirak etməsi bölgənin inkişafına göstərilən yüksək diqqətin bariz nümunəsidir. Xocalı artıq ümidin, dirçəlişin və ləyaqətli həyatın şəhəridir. Artıq insanların doğma yurdlarına qayıdışı ilə həmin torpaqlar yenidən canlanır. Xocalının yenidən qurulması Azərbaycan xalqının tarixinə sahib çıxmasının, eyni zamanda gələcəyə nikbinliklə baxmasının bariz nümunəsidir. Bir zamanlar "Qafqazın Xirosiması", "Kabus şəhər" adlandırılan Ağdam yenidən dirçəlir və çiçəklənir. Ağdam gözəlliyi və bənzərsizliyi ilə hər kəsi valeh edəcək. İşğal dövründə tamamilə viran qoyulan Ağdam artıq yeni inkişaf mərhələsindədir".