Birinci Qarabağ müharibəsinin daha beş itkin şəhidinin nəşinin qalıqları dəfn ediləcək
10:41 SiyasətBirinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən daha beş şəhidin nəşinin qalıqları dəfn olunacaq.
Bu barədə Olaylar.az-a Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından məlumat verilib.
İtkin-şəhidlərin hamısı hərbçidir. Sabah dəfn olunacaq itkin-şəhidlər Məmmədov Yusif Mirzəli oğlu, Rüstəmov Miriş Məhəmməd oğlu, Məmmədov Muxtar Bayram oğlu, Abbasov Abuzər Tənzil oğlu və Ərzumanov Elşən İsaməddin oğludur.
Qeyd edək ki, Y.Məmmədovun nəşinin qalıqları saat 12.00-da Sumqayıt şəhəri Şəhidlər xiyabanında, M.Rüstəmov saat 14.00-da Ağcabədi şəhəri Şəhidlər xiyabanında, M.Məmmədov saat 12.00-da Şərur şəhəri Şəhidlər xiyabanında, A.Abbasov saat 15.00-da Zərdab rayonu Yuxarı Seyidlər kənd qəbiristanlığında, E.Ərzumanov isə saat 13.00-da Quba şəhəri Şəhidlər xiyabanında dəfn olunacaq.