İranın taleyi Türkiyə ilə bağlı məsələdir- ÖZƏL
10:14 Siyasət"İranın taleyinə Türkiyə münasibət kontekstdən kənar baxılmır. Yəni, İran fars rejiminin taleyi birbaşa Türkiyə illə bağlı məsələdir". "Olaylar" xəbər verir ki, bunu siyasi şərhçi Vüqar Dadaşov deyib: "Qərbdən, xüsusən də ABŞ və İsraildən İrana qarşı ritorik müharibə təhdidinin real tətbiqi heç vaxt inandırıcı olmayıb. Bu günə kimi tətbiq edilən müxtəlif əhəmiyyətsiz zərbələr İranın düşmən obrazını qorumağa xidmət edib.
Türkiyənin regional səviyyədə qlobal güc kimi inkişafı İranın əhəmiyyətini daha da artırıb. Ona görə də İranın nüvə proqramı ilə bağlı ciddi vurulma ehtimalı yoxdur və olmayıb da.
ABŞ prezidenti Donald Tramp İran nüvə silahıından imtina edərsə onunla razılaşmaya hazır olduğunu bildirib. Bəlli idi ki, son nəticədə İranla razılaşma əldə olunacaq. Belə gediş yekunda İranın nüvə silahına yiyələnməsinə gətirəcək. Dünyada yeni düzənin formalaşdığı prosesdə İran da təyinatından çıxmaq niyyətini gizlətmir.
İranla nüvə proqramı üzrə razılaşma əldə olunarsa bu, İranın nüvə proqramına son verəcəyi demək deyil. İranın nüvə silahından, nüvə proqramından imtinası indiki fars molla rejiminin hakimiyəti dövründə yox, Tehranda siyasi rejimin dəyişdirilməsindən sonra mümkündür".