Taleh Əliyev: “NATO Baş katibinin Türkiyəyə səfəri hazırlıq xarakteri daşıyır” – ÖZƏL
14 May 16:40 Siyasət"Türkiyə NATO-nun aparıcı dövlətlərindən biridir və bu ayın 14-15-də NATO-ya üzv ölkələrin Xarici İşlər Nazirlərinin Antalya şəhərində keçiriləcək növbəti görüşü öncəsi NATO Baş katibinin Türkiyəyə səfərini də bu kontekstdə dəyərləndirmək daha doğru olar".
Bu fikirləri Olaylar.az-a açıqlamasında Vətəndaş İştirakçılığının Təşviqinə Dəstək İctimai Birliyinin sədri, siyasi şərhçi Taleh Əliyev deyib. Siyasi şərhçi qeyd edib ki, NATO Baş katibinin Türkiyəyə səfəri, əsasən, Antalyada keçiriləcək Xarici İşlər Nazirləri toplantısı öncəsi hazırlıq xarakteri daşıyır:
"Bu səfər çərçivəsində NATO Baş katibinin Türkiyə Prezidenti və Xarici İşlər Naziri ilə keçirdiyi görüşləri daha çox protokol xarakterli görüşlər kimi qiymətləndirmək məqsədəuyğundur. Lakin şübhəsiz ki, bu səfər zamanı Türkiyə-NATO əlaqələrinin gələcək inkişaf perspektivləri, eləcə də NATO-nun qarşıdakı strateji planları və vəzifələri əsas müzakirə mövzularından biri olacaq. Bununla belə, bu səfəri və keçirilən görüşləri ayrıca və xüsusi məqsədli bir səfər kimi deyil, məhz Türkiyədə keçiriləcək Xarici İşlər Nazirləri toplantısı öncəsi hazırlıq xarakterli səfər və görüş kimi qiymətləndirmək daha doğru olar".
Səidə Ramazanova