Azərbaycan bərpaolunan enerji sahəsində böyük potensiala malikdir- ÖZƏL

"Azərbaycanın bərpaolunan enerji növlərinin istehsalı sahəsində çox böyük imkanları, potensialı var". "Olaylar" xəbər verir ki, bunu YAP Yevlax rayon təşkilatının sədri Rafiq Əliyev deyib: "İndiyə qədər imzalanmış kontraktlar 5 il bundan sonra bizə 6500 meqavat gücündə yeni enerji, təmiz enerji güclərini qazandıracaq və biz də Vyetnam şirkətlərini investisiya qoymağa dəvət etdik. Azərbaycan tərəfi də Vyetnamda bərpaolunan enerji növlərinə sərmayə qoymağa hazırdır. Vyetnam da öz növbəsində, Cənub-Şərqi Asiyada alternativ enerji potensialına malik ölkə kimi tanınır. Hər iki ölkə günəş, külək və biokütlə enerjisi sahəsində təcrübə mübadiləsi aparmağa, texnoloji biliklərini bölüşməyə və birgə investisiya layihələrini həyata keçirməyə maraqlıdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31