Hər bir Azərbaycan vətəndaşı öz rəhbərinə inanır- ÖZƏL
14:00 Siyasət"Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam Muğam Mərkəzinin açılışında iştirak edərkən dövlətimizin başçısı bildirib ki, "Açıq olmasa da, gizli kanallarla onlara verilən mesajlar ondan ibarət idi ki, Azərbaycan cürət edib heç vaxt azadlıq müharibəsinə başlamayacaq, biz sizin arxanızdayıq, biz sizə dəstək olacağıq, sizə silah veririk, mənəvi dəstək veririk, sizin üçün mənəvi dayağıq. Bütün bu amillər Ermənistanı faktiki olaraq öz işğalçılıq siyasətində daha da gücləndirirdi. Ancaq onlar bir şeyi hesablaya bilməmişlər: o da Azərbaycan xalqının iradəsi, milli ruhu, xalqımızın əyilməz ruhu və bu torpağa olan bağlılığımız". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Azər Badamov deyib: "Həqiqətən də müharibənin əsasında dayanan amil bizim ruhumuz, iradəmiz, torpaq sevgimiz, birliyimiz oldu. Buna əlavə olaraq ən böyük amil o idi ki, hər bir Azərbaycan vətəndaşı öz rəhbərinə inanır, rəhbərinin verdiyi heç bir qərarı sorğulamadan Liderinin ətrafında ətdən sipər örməyi bacarırdı. 44 gün ərzində dünyaya elə bir birlik dərsi keçdik ki, bu dərs ən yeni tarixə qızıl hərflərlə yazıldı. Bu günə qədər də Azərbaycanın Zəfərindən yazılır, danışılır, gələcək nəsilləri məhz bu cür yetişdirmək uğrunda çalışılır".