Böyük Britaniya “Zəngəzur” adlı Azərbaycan tankerinə sanksiya tətbiq edib— ÖZƏL

Olaylar.az xəbər verir ki, 
Böyük Britaniya Azərbaycan hökumətinə məxsus "Zəngəzur" tankerinə Rusiya neftinin daşınmasında iştirak etdiyi üçün sanksiya tətbiq edib. Bu, ölkənin 9 may tarixində açıqladığı genişmiqyaslı sanksiyalar paketinin bir hissəsidir. Sanksiyalara beş azərbaycanlı və iki şirkət - BX Energy və Nord Axis LTD də daxil edilib.
"Zəngəzur" tankerinin Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinə məxsus olduğu təsdiqlənib. Şirkətin maliyyə sənədlərinə görə, onun 100% səhmləri Azərbaycan dövlətinə aiddir. Gəmi son bir ildə 11 dəfə Rusiyanın Primorsk limanına daxil olub və dəfələrlə Türkiyənin Nemrut limanında qeyd alınıb.Xarici siyasət üzrə ekspert Maksimilian Hess bu addımı Azərbaycanın Rusiyaya qarşı sanksiyaları pozmaqda iştirak etməsinə qarşı xəbərdarlıq kimi qiymətləndirib. Onun sözlərinə görə, bu cür fəaliyyətlər Azərbaycanın diplomatik mövqeyini və iqtisadiyyatını riskə ata bilər.Britaniya hökuməti bildirib ki, tətbiq edilən sanksiyalar "Putinin tərəfdarlarının təşkil etdiyi kölgə donanması"na qarşı yönəlib və bu daşımaların Kreml rejiminin Ukraynadakı müharibəsini maliyyələşdirdiyi vurğulanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31