İlham Əliyev Paraqvay Prezidentini təbrik edib
11:21 SiyasətPrezident İlham Əliyev Paraqvay Respublikasının Prezidenti Zati-aliləri cənab Santyaqo Penyaya təbrik məktubu ünvanlayıb.
Olaylar.az AZƏRTAC-a istinadən xəbər verir ki, məktubda deyilir:
"Hörmətli cənab Prezident,
Paraqvay Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.
İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq birgə səylərimizlə
Azərbaycan-Paraqvay dostluq əlaqələri daha da inkişaf edəcək, həm ikitərəfli, həm də çoxtərəfli əsasda əməkdaşlığımız bundan sonra da uğurla davam edəcəkdir.
Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı çatdırır, dost Paraqvay xalqına əmin-amanlıq və rifah diləyirəm".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31