Qarabağda torpaqlarımıza yeni nəfəs vermək üçün ən müasir standartlar tətbiq olunur- ÖZƏL
10:54 Siyasət"44 günlük Vətən müharibəsində Azərbaycan nəinki Zəfər əldə etdi, torpaqlarını azad etdi, qürurunu ucalara qaldırdı, həm də bu Zəfəri regiondan düşmənçiliyin silinməsi üçün gözəl, tarixi bir fürsət kimi görür, bu cür dəyərləndirir". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Azər Badamov deyib: "Azərbaycan dövləti və xalqı bir yumruq kimi birləşərək bu gün Qarabağımızı yenidən cənnətə çevirir. Müasir Azərbaycanın banisi, Ümummilli Liderin anadan olmasının 102-ci ildönümünün Qarabağ muğamının sədaları ilə keçirilməsi xalqımızın Ulu Öndərə duyduğu minnətdarlıq hissidir. Qarabağın dirçəldilməsində bu dahi şəxsiyyətin adını daşıyan, onun ideallarını fəaliyyətinin ana xətti kimi müəyyənləşdirən Heydər Əliyev Fondu bərpa işinə önəmli töhfələr verir. Hər bir şəhər və kəndin arxitekrutası bərpa edilərkən, yenidən qurularkən çalışılan əsas amil odur ki, burada milli ruh canlandırılsın. Məhz Fondun daxildə və beynəlxalq aləmdə icra etdiyi layihələrin müsbət nəticəsidir ki, Azərbaycan muğamı UNESCO-nun "Bəşəriyyətin şifahi və qeyri-maddi mədəni irsinin şah əsərləri" siyahısına salınıb.
Çətin dönəmdə ölkəmizi xaosdan, anarxiyadan xilas edən Ümummilli Lider Heydər Əliyevin izi ilə eyni siyasət davam etdirilir. Törədilmiş vəhşiliyə, urbisidə və ekosidə baxmayaraq torpaqlarımıza yeni nəfəs vermək üçün ən müasir standartlar tətbiq olunur. Biz həm də ləyaqətli müharibə aparmaqla öz təmiz xislətimizi dünyaya nümayiş etdirdik".