Heydər Əliyev Fondunun dəstəyi ilə “Muğam” Televiziya Müsabiqəsi başlayıb (VİDEO)

Heydər Əliyev Fondunun dəstəyi ilə IX "Muğam" Televiziya Müsabiqəsinə start verilib.

Olaylar.az xəbər verir ki, Mədəniyyət Nazirliyinin və Azərbaycan Televiziyasının təşkilatçılığı ilə keçirilən müsabiqədə yaşı 8-dən 30-a qədər olan yeniyetmə və gənclər iştirak edir.

"Muğam" Televiziya Müsabiqəsi Fondun dəstəyi ilə 2005-ci ildən keçirilir. Bu il müsabiqənin 20-ci ildönümüdür. Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə keçirilən muğam müsabiqələri gənc ifaçıların yaradıcılıq potensialının üzə çıxarılmasına, xalq musiqisinin yaşadılaraq yeni nəsillərə ötürülməsinə və Azərbaycanın muğam sənətinin beynəlxalq aləmdə tanıdılmasına mühüm töhfə verib.

Builki müsabiqədə iki yaş aralığında: 8-16 yaşında yeniyetmələr və 16-30 yaşında gənclər yarışırlar. Müsabiqədə təxminən 3 ay ərzində Bakıda və bölgələrdə keçirilən dinləmələr əsasında seçilmiş 30 ifaçı iştirak edir. Müsabiqənin final konserti və qaliblərin mükafatlandırılması avqust ayında olacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31